Peter Bense "Dünya Turu" çərçivəsində Bakı Konqres Mərkəzində konsert verib


Kriminal 23 Noy 2019 15:03:00 373 0

Peter Bense "Dünya Turu" çərçivəsində Bakı Konqres Mərkəzində konsert verib

Dünyanın ən sürətli pianoçusu kimi, "Ginnesin Rekordlar Kitabı"na düşən, macarıstanlı Peter Bense "Dünya Turu" çərçivəsində Bakı Konqres Mərkəzində konsert verib.

Milli.az xəbər verir ki, Peter Bense qonaqları salamlayan Peter Bense Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. O, konsertə vətəni Macarıstanla bağlı olan ifa ilə başlayıb. P.Bense Azərbaycan dilində tamaşaçılara təşəkkür də edib.

"Burada olmağımdan çox şadam. Yeməklərinizi çox bəyəndim. Sizi çox sevirəm, yaxşı ki, buradasız. Piano mənim üçün sadəcə musiqi aləti deyil. Onun müxtəlif yerlərinə toxunaraq möhtəşəm səslər çıxarmaq mümkündür", - deyə pianoçu bildirib.

Konsertin fəxri qonağı Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov olub. Şəhriyar İmanov ötən il Peter Bense ilə görüşən zaman ona tar hədiyyə etdiyini bildirib. Konsert zamanı Şəhriyar İmanov və Peter Bense Azərbaycanın xalq musiqi olan "Sarı gəlin"i birgə ifa ediblər.

"Cəld barmaqlar" ləqəbli P.Bense konsert zamanı həm köhnə, həm də yeni albomundan olan musiqiləri səsləndirib.