Ürəkdamar xəstəlikləri riskini aşağı salan məhsullar açıqlandı


Digərləri 23 Noy 2019 15:06:00 364 0

Ürəkdamar xəstəlikləri riskini aşağı salan məhsullar açıqlandı

Alimlər müxtəlif ürək-damar xəstəlikləri riskini aşağı salan məhsulların adlarını açıqlayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tibb mütəxəssislərin sözlərinə görə, paxlalı bitkilər - mərci, lobya və noxud infarkt və insult riskini 10% aşağı salır. Bu, onların tərkibində olan lif, zülal və digər mikroelementlərlə əlaqəlidir.

Bundan əlavə, paxlalı bitkilərin tərkibində yağ çox az miqdardadır, xolesterin isə yoxdur. Onlar aşağı qlikemik indeksə sahibdir. Paxlalı bitkilər həm artıq çəkidən xilas olmağa, həm də xərçəng xəstəliyinə tutulmaq riskinin sıfıra endirilməsinə kömək edir. Paxlalı bitkilər lifli strukturlarına görə, toxluq hissi yaradır və artıq çəkidən xilas olmağa kömək edir.