Xalq artisti Damlanın konsert saxtakarlığını açdı: "150 bilet satılmışdı"


Şou-biznes 23 Noy 2019 14:34:00 303 0

Xalq artisti Damlanın konsert saxtakarlığını açdı: "150 bilet satılmışdı"

Xalq artisti Samir Cəfərov müğənni Damla ilə bağlı söz-söhbətlərə cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Səhər-səhər" verilişinin qonağı olan müğənni "Damlaya görə Gəncə Dövlət Filarmoniyasındakı vəzifənizdən çıxmısız" sualına belə cavab verib:

"Elə bir şey olmayıb. Damla filarmoniyada konsert verəndə mən başqa ölkədə idim".

S.Cəfərov Damlanın Gəncə konserti ilə bağlı sirri açıb:

"Filarmoniyada klassik konsertlər də, opera da var. Niyə filarmoniya deyəndə, ancaq klassika düşünürlür? Niyə digər oxuyanların da konserti olmasın? İnsanlar var idi sponsorluq edib, Damlanı gətirmək istədilər. Dedim, kirayə pulunu, digər xərcləri və Damlanın qonorarını ödəyin, konsert verin.