Nazir: “Türkiyə "F-35” təyyarələri ilə bağlı ABŞ-la razılığa gəlməsə başqa variantlar axtaracaq"


Dünya 23 Noy 2019 13:45:00 304 0

Nazir: “Türkiyə "F-35” təyyarələri ilə bağlı ABŞ-la razılığa gəlməsə başqa variantlar axtaracaq"

"Türkiyənin Rusiyadan idxal etdiyi “S-400” hava hücumundan müdafiə sistemləri əlahiddə olaraq istifadə olunacaq".

"Türkiyənin Rusiyadan idxal etdiyi “S-400” hava hücumundan müdafiə sistemləri əlahiddə olaraq istifadə olunacaq".

“Report” xəbər verir ki, bunuTürkiyənin milli müdafiə naziri Hülusi Akar bildirib.

“Elə əvvəldən bunu söyləyirik. Əlbəttə, “stand alone” şəklində olacaq. Hər hansı şəkildə NATO sisteminə inteqrə erməyəcəyik”, -deyə o qeyd edib.

Nazir Türkiyə ilə ABŞ arasında “F-35” qırıcı təyyarələri ilə bağlı layihənin tərəfdaşlarından biri kimi öhdəliklərini tam həcmdə yerinə yetirdiklərini, qarşı tərəfdən də eyni davranışı gözlədiklərinivurğulayıb:“Vaxtilə “S-400” əvəzinə, “Patriot”lar almaq istədik, amma mümkün olmadı. Beləcə “S-400”lər almalı olduq. “F-35”lər ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün mühüm ünsürdür, vasitədir. Hər hansı şəkildə “F-35”lərlə bağlı da razılaşma baş tutmasa, təbii olaraq başqa variantlar axtaracağımızı hər kəs bilməlidir”.