Avtomobil sürən it görənləri təəccübləndirir


Digərləri 23 Noy 2019 13:29:00 327 0

Avtomobil sürən it görənləri təəccübləndirir

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda itin avtomobil idarə etməsi əks olunub. Həmin anlar mobil telefonla kamerala çəkilib.

Maraqlı olay ABŞ-ın Florida ştatında yaşanıb. Belə ki, Labrador cinsindən olan it avtomobilin ötürücüsünü "R"ə keçirərək saatlarla arxa-arxaya dövrə vurub.

Avtomobili saxlamaq üçün hadisə yerinə polis çağırılsa da, polislər gələnə qədər avtomobil poçt qutusuna dəyib, dayanıb.