Lavrov ABŞın Rusiyadakı gələcək səfiri ilə görüşdü


Dünya 23 Noy 2019 13:14:00 297 0

Lavrov ABŞın Rusiyadakı gələcək səfiri ilə görüşdü

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Rusiyanın fövqəladə və səlahiyyətli səfiri postuna namizədi Con Sallivanla görüşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lavrov bildirib ki, onlar ikitərəfli dialoqda mövcud olan bir çox problemin həlli yollarını müzakirə ediblər.

Bundan əlavə, Lavrov gələcək səfirlə G20 sammitinin beynəlxalq münasibətlərdə rolunu yüksək qiymətləndirib: "Bu strukturun dəstəyini təsdiqlədik. Hamının maraqlarına cavab verir, ümumiyyətlə məqbul razılaşmalar əldə etmək üçün yaxşı bir platforma rolunu oynayır".

Qeyd olunur ki, görüş G20 Xarici İşlər nazirlərinin Yaponiyanın Naqoya şəhərində baş tutan iclası çərçivəsində keçirilib.