Dövrümüzün Merilin Monrosu:


Digərləri 23 Noy 2019 13:09:00 272 0

Dövrümüzün Merilin Monrosu:

Amerikalı aktrisa və müğənni Skarlett İnqrid Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dünən amerikalı aktrisa və müğənni Skarlett Yohanssonun doğum günü idi. Skarlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb.

Skarlettin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb.

Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt edib. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson, mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir. Aktrisa Cared Leto və özündən 17 yaş böyük Benisio Del Toro ilə böyük əks-səda doğuran roman yaşayıb.