Bakıda buludlu, rayonlarda isə... HAVA PROQNOZU


Digərləri 23 Noy 2019 12:58:00 305 0

Bakıda buludlu, rayonlarda isə...  HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-4°, gündüz  5-8° isti,

Bakıda gecə 2-4°,  gündüz  6-8°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək.