Altıağacda qarın hündürlüyü 22 santimetrə çatıb, Xınalıqda isə mənfi 18 dərəcə


Digərləri 23 Noy 2019 12:09:00 344 0

Altıağacda qarın hündürlüyü 22 santimetrə çatıb, Xınalıqda isə mənfi 18 dərəcə

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.

Son.az bildirir ki, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.

Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.