Məşhur aktyor Edvar Norton dostu Di Kaprionun həyatını xilas edib


Digərləri 23 Noy 2019 11:54:00 321 0

Məşhur aktyor Edvar Norton dostu Di Kaprionun həyatını xilas edib

Amerikalı aktyor Edvard Norton Hollivud ulduzu Leonardo di Kaprionu ölümdən xilas edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, məşhur aktyor bu barədə Conatan Rossun şousunda etiraf edib. Onun sözlərinə görə, hadisə 2010-cu ildə Qalapaqos adalarında film çəkilişi zamanı baş verib.

"Biz məşhur okeanoloq Silviya Erllə sualtı üzgüçülüklə məşğul idik. Mən Leonu çoxdan tanıyıram və canlılar aləminə qarşı həssaslığını bilirdim. Bizim yanımızdan xallı skatlar keçdikdə Leo onları çəkmək üçün dallarınca üzdü. Mən 16 yaşından dayvinqlə məşğulam, ona görə saata baxdıqda sahilə getməyin vaxtı olduğunu anladım. Mən onun yuxarı-aşağı hərəkət etdiyini gördüm - bu yaxşı əlamət deyildi. Leonun dalınca üzdüm, onun oksigeni demək olar ki, bitmişdi".