Köln şəhərinin minlərlə sakini təxliyə edilir


Dünya 23 Noy 2019 11:49:00 298 0

Köln şəhərinin minlərlə sakini təxliyə edilir

Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalan 500 kiloqramlıq bomba aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Tsolştok rayonunda aşkar edilən bombanın zərərsizləşdirilməsi üçün yaxınlıqdakı yaşayış yerlərindən təxminən 6,5 min insanın təxliyə edilməsinə qərar verilib.

Bildirilir ki, bombanı noybarın 22-si zərərsizləşdirmək planlaşdırıldı, lakin yaxınlıqda yerləşən dəmiryolunda müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqonun olması səbəbindən işlər noyabrın 23-də həyata keçiriləcək.