"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi


Digərləri 23 Noy 2019 11:29:00 304 0

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu Son.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub:

"Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və region texniki departament, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib. Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb".