Hindistanda yol qəzası baş verib, xeyli sayda ölən var


Dünya 23 Noy 2019 10:53:54 324 0

Hindistanda yol qəzası baş verib, xeyli sayda ölən var

Hindistanda mikroavtobus qəzaya uğrayıb.

Hindistanda mikroavtobus qəzaya uğrayıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə ölkəninşimal-qərbindəki Racasthan ştatının Naqaur dairəsində qeydə alınıb.

Qəza nəticəsində azı 12 nəfər, o cümlədən 6 qadın və bir uşaq ölüb, 10 nəfər də xəsarət alıb.

Polisin ilkin məlumatına görə, səhər tezdən qəfildən yola çıxan öküzü vurmamaq üçün maşını kənara döndərən sürücü idarəetməni itirdiyindənmikroavtobus aşıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlar ölkənin cənubundakı Maharaştra ştatından şimaldakı Hariana ştatında yerləşən məbədə ibadətə gedirmişlər.