Hakimiyyətin formulu. Şeyxülislam Allahşükür Paşazadə


Digərləri 23 Noy 2019 09:19:00 313 0

Hakimiyyətin formulu. Şeyxülislam Allahşükür Paşazadə

Rusiya televiziyasının "uzunömürlü" "Hakimiyyətin formulu" verilişinin uzun illərdir tamaşaçılar arasında çox populyar olması heç kimə sirr deyil. Onun əvəzsiz müəllifi və aparıcısı həmvətənimiz, TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmandır.

Son.az Trend-ə istinadən bildirir ki, qarşıdan gələn istirahət günləri tamaşaçıları sevimli veriliş ilə yeni görüş gözləyir. Onun qəhrəmanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. "Hakimiyyətin formulu" silsiləsindən növbəti film şənbə günü, noyabrın 23-də saat 00.30-da və bazar günü, noyabrın 24-də səhər saat 08.10-da "Rossiya-24" telekanalının efirində nümayiş etdiriləcək.