Hacıqabulda nasosxana, Xaçmazda ev yanıb


Digərləri 23 Noy 2019 08:59:00 263 0

Hacıqabulda nasosxana, Xaçmazda ev yanıb

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət nasosxana 30 m² sahədə və 4 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nasosxananın qalan hissəsi və içərisindəki nasoslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə Xaçmaz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.