Bakıda 6 otaqlı ev yanıb, 1 nəfər xəsarət alıb


Digərləri 23 Noy 2019 09:09:00 382 0

Bakıda 6 otaqlı ev yanıb, 1 nəfər xəsarət alıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Nərimanov rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.