Bu il Azərbaycana daha çox Rusiyadan turist gəlib - SİYAHI


Digərləri 23 Noy 2019 09:00:00 301 0

Bu il Azərbaycana daha çox Rusiyadan turist gəlib - SİYAHI

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Trend-in məlumatına görə, gələnlərin 29,8 faizi Rusiya, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Qeyd edək ki, gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.