1,4 milyard dollarlıq nəhəng teleskop inşa ediləcək


Digərləri 23 Noy 2019 08:28:00 292 0

1,4 milyard dollarlıq nəhəng teleskop inşa ediləcək

İspaniya nəhəng teleskopun inşasına icazə alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kanar adalarında 1,4 milyard dollarlıq nəhəng teleskop inşa ediləcək. Lakin bu yalnız beynəlxalq konsorsiumun teleskopu Havay adalarında inşa etmək planlarından imtina edəcəyi təqdirdə baş verə bilər.

Kanar adaları Astrofizika İnstitutunun direktoru Rafael Rebolonun sözlərinə görə, teleskopun inşasına La-Palma adasındakı Puntaqorda şəhəri tərəfindən razılıq verilib.

Otuz metrlik teleskopun qurulmasını dəstəkləyən beynəlxalq konsorsium onu Havay adalarının ən pik nöqtəsində ucaltmaq istəyir. Lakin Havay adalarının bəzi yerli sakinlərinin fikrincə, Mauna-Kea dağı müqəddəsdir. Onların etirazları nəticəsində tikinti iyulun ortalarına qədər təxirə salınıb.

Ərazisində Roke-de-los-Muçaços rəsədxanasının bir neçə güclü teleskopu olan İspaniyanın La-Palma adası 2016-cı ildə yeni teleskop üçün ehtiyat məkan seçilib.