Bacısından Bergüzar Korel haqqında ŞOK SÖZLƏR: "Məni uçurumdan atdı, cənazəmi qaldırdılar"


Digərləri 23 Noy 2019 08:17:00 269 0

Bacısından Bergüzar Korel haqqında ŞOK SÖZLƏR: "Məni uçurumdan atdı, cənazəmi qaldırdılar"

Məşhur aktyorlar Hülya Dercanla Tanju Korelin böyük qızı, aktrisa Bergüzar Korelin Amerikada xadimə işləyən bacısı Zeynəb Korel, ailəsi haqqında şok faktları açmağa davam edir.

Son.az xəbər verir ki, bacılar arasında qalmaqal gündən-günə şiddətlənir. O, vəkili ilə birlikdə maqazin verilişinə canlı yayımla qoşularaq açıqlamalar verib:

"Açıqlandığı kimi bir dram yoxdur. Təmizlik işinə başladım, çünki ABŞ-da xadiməyə ehtiyac var. Təmizlik şirkəti açmağı düşünürəm. Mən müğənni deyiləm, aktrisa deyiləm. Niyə gündəmə gəlməyə çalışmalıyam?

Vəkilimlə Bergüzardan açıqlama verməsini xahiş etdik. Bir cümlə ilə mənə heç vaxt pul vermədiyini, yalnız qızımın təhsil haqqına yardım etdiyini deyə bilərdi. İndi hamiləliyini səbəb göstərirlər, əgər bir insan hamilədirsə, əvvəlcədən belə rəzil etiraf etməməli idi. Hamiləliyini düşünürsə, bizdən uzanan zeytun budağına cavab verərdi.