İstedadlar ən çox bu ölkələrdə yaşayır SİYAHI


Digərləri 23 Noy 2019 06:30:00 382 0

İstedadlar ən çox bu ölkələrdə yaşayır  SİYAHI

Danimarka və İsveç istedadların inkişafı üzrə reytinq cədvəlində İsveçrə ilə birlikdə lider mövqe tuturlar.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Dünya Rəqabətqabiliyyətlilik Mərkəzi" şirkəti (IMD World Competitivness Center) tərəfindən tərtib olunmuş "Dünya istedadlar reytinqi" adlı hesabatda bildirilir.

Öz tədqiqatlarına əsaslanan şirkətin dünya istedadlar reytinqi metodologiyası bu sahədə rəqabətqabiliyyətliliyi üç əsas komponent - sərmayələr və inkişaf, cəlbedicilik və hazırlıq meyarları üzrə qiymətləndirir.

Tədqiqatçıların hesablamalarına görə, İsveçrə "Dünya istedadlar reytinqi" cədvəlində liderdir, onun ardından isə Danimarka və İsveç qərarlaşıblar. Yüksək reytinq əldə edən ölkələr sırasında Avstriya, Lüksemburq, Norveç, İslandiya, Finlandiya, Niderland, Sinqapur, Almaniya, ABŞ, Kanada, Belçika və Honkonq da var. Adıçəkilən ölkələr istedadların cəlb edilməsi və inkişafı üzrə daha əlverişli şərait yaradıblar.