Rusiyada hərbçi robot qrupları yaradılacaq


Dünya 23 Noy 2019 06:00:10 325 0

Rusiyada hərbçi robot qrupları yaradılacaq

​Rusiyada döyüşçü robot qrupları yaradılacaq

2025-ci ilə qədər Rusiyada döyüş tapşırıqlarını yerinə yetirməkqabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.

"Report"un məlumatına görə, bu barədə ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən RİA "Novosti" agentliyi bildirib.

Qeyd edilir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub.

"Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq", - deyə mənbə bildirib.

Məlumata görə, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.