Vladimir Putin "Dostluq" ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevaya dövlət mükafatını təqdim edib FOTO


Siyasət 23 Noy 2019 04:32:00 368 0

Vladimir Putin "Dostluq" ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevaya dövlət mükafatını təqdim edib  FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Prezident Vladimir Putin: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu "Dostluq" ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: "Dostluq" ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sizə təşəkkür edirəm.

Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu.

Rusiya Prezidenti Vladimir Putin "Dostluq" ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun.

Prezident Vladimir Putin: Təşəkkür edirəm.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun.