KİV: İraqın müdafiə naziri İsveç vətəndaşlığını alıb


Dünya 23 Noy 2019 04:34:11 326 0

KİV: İraqın müdafiə naziri İsveç vətəndaşlığını alıb

​KİV: İraqın müdafiə naziri İsveç vətəndaşlığını alıb

İraqda yüksək vəzifə tutan şəxslərin ikili vətəndaşlığa malik olmasına icazə verilməməsinə baxmayaraq bu ölkənin müdafiə naziri Nəcah əş-Şamari İsveç vətəndaşıdır.

"Report" xəbər verir ki, bu barədəSVT telekanalı İsveçin Müdafiə Nazirliyinin mətbuat katibi Toni Erikssona istinadən bildirib.

İlkin məlumatlara görə, əş-Şamari Stokholm ətrafındakı şəhərlərdən birində qeydiyyatdadır. Qeyd edilir ki, İraqın müdafiə naziri İsveçdə başqa adla qeydiyyata düşüb.

Onun burada yaşamaq üçün sənədlərini 2009-cu ildə verdiyi təxmin edilir. Məlumata görə, Nəcah əş-Şamari 2015-ci ildə İsveç pasportu alıb.

Jurnalistlər əş-Şamarinin qeydiyyatda olduğu evin sakinləri ilə görüşüblər. Sakinlərdən biri foto əsasında onu tanıyıb.