Bu ay Suriyada 75 dinc sakin həlak olub


Dünya 23 Noy 2019 02:57:58 349 0

Bu ay Suriyada 75 dinc sakin həlak olub

Son ayda Suriyada 75 dinc sakin həlak olub

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, zərbələr nəticəsində 5 dinc sakin həlak olub. Qeyd edilir ki, Suriyanın şimal-qərbində daha əvvəl atılmış təyyarə bombalarının partlaması nəticəsində daha 3 dinc sakin ölüb.

Rusiya aviasiyası həmçinin Kefrenbil şəhərinə və Sedje qəsəbəsinə də zərbələr endirib.

Məlumata görə, son ayda Suriyanın şimal-qərbinin atəşə tutulması nəticəsində ümumilikdə 75 dinc sakin həlak olub. Onlar arasında 13 uşaq da var.