Qabanlar narkotacirləri tutmağa kömək edib


Digərləri 23 Noy 2019 02:30:00 348 0

Qabanlar narkotacirləri tutmağa kömək edib

Kokain ehtiyatlarını meşə saxlanclarında gizlədən italiyalı narkotacirlərin planları vəhşi qabanlar tərəfindən pozulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qabanlar saxlancları aşkarlayaraq 17 min funt sterlinq dəyərində narkotik vasitələri meşəyə dağıdıb. Bu fakt polislərin işini xeyli yüngülləşdirib.

İtaliyanın hüquq-mühafizə orqanları vəhşi heyvanların gözlənilməz hərəkətindən şikayət edən narkotik alverçilərinin danışıqlarını dinləyərək insidentdən xəbər tutublar.