SEPAH İrandakı etiraz aksiyalarının 100 başçısını saxlayıb


Dünya 23 Noy 2019 01:03:49 344 0

SEPAH İrandakı etiraz aksiyalarının 100 başçısını saxlayıb

​SEPAH İrandakı etiraz aksiyalarının 100 başçısını saxlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədəki etiraz hərəkatının onlarla başçısını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Fars News Agency" Ali Məhkəmənin nümayəndəsi Qulam Hüseyn İsmailiyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, SEPAH tərəfindən ölkənin müxtəlif yerlərində etiraz aksiyalarının təxminən 100 başçısı aşkar edilib və saxlanılıb. İsmaili əlavə edib ki, İranın İnformasiya Nazirliyi daha bir neçə şübhəlini aşkar edib və onlar tezliklə həbs ediləcək.

Noyabrın 15-də İranda benzinin qiymətləri 2 dəfə artırılıb. Bundan sonra ölkədə etiraz aksiyaları keçirilib, polislə toqquşmalar baş verib. Nümayişçilər azı 100 bank və yanacadoldurma məntəqəsinin ofislərini yandırıblar

Qarışıqlıqlar 100 yaşayış məntəqəsində qeydə alınıb. Hakimiyyətin məlumatına görə, aksiyalara ümumilikdə12 etirazçı həlak olub.

Bundan əvvəlİran İslam İnqilabı Keşikçiləri Korpusu ölkədəki qeyri-sabitliyin davam edəcəyi təqdirdə, qətiyyətli addımlar atacağınısöz verib.