Hacıqabulda nasosxana, Xaçmazda ev yanıb


Digərləri 23 Noy 2019 01:08:51 306 0

Hacıqabulda nasosxana, Xaçmazda ev yanıb

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət nasosxana 30 m² sahədə və 4 p.m elektrik kabeli yanıb

Bakı. Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət nasosxana 30 m² sahədə və 4 p.m elektrik kabeli yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nasosxananın qalan hissəsi və içərisindəki nasoslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bundan əlavə Xaçmaz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb. (adsgarden = window.adsgarden || []).push({}); Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin