Günün qoroskopu: İntellektual potensialınız çox yüksəkdir


Digərləri 23 Noy 2019 00:01:00 380 0

Günün qoroskopu: İntellektual potensialınız çox yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa - Bu mürəkkəb gün hətta ən enerjili Buğaları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli, üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir. Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.   Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri altına düşə bilərsiniz.

Əkizlər - Gün gözlənilməzliklər gətirir - hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz. Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız. Evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək, ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında çıxışlardan çəkinin.

Xərçəng - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.   Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr istəməli olacaqsınız.

Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin. Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Qız - Çətin, amma məhsuldar gündür. Bəzən mənfi tendensiyaların təsiri özünü göstərir, amma siz onlarla mübarizə üçün qüvvənizi əsirgəmir və pis vəziyyətdən çıxış yolunu tez tapırsınız. İşdə uğurlar, karyera pillələri ilə qalxmağınız mümkündür. Bunun üçün təkcə müvəffəqiyyətlərinizi deyil, həmçinin cazibənizi də nümayiş etdirməli olacaqsınız. Çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır. Məsələn, dəstəyinə və anlayışına güvəndiyiniz adam özünü tamamilə başqa cür apararaq sizi incidə bilər.

Tərəzi - Mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.