Səkkizinci nəsil VW Golf rəsmi olaraq debüt edib VİDEO FOTO


Digərləri 22 Noy 2019 23:58:00 387 0

Səkkizinci nəsil VW Golf rəsmi olaraq debüt edib  VİDEO  FOTO

Volkswagen şirkəti gələcəyini elektrokarlarla bağlasa da, hazırda alman markasının bestselleri Golf modeli olaraq qalır. Keçən il istehsalçı 732 min Golf satıb. Məlum məsələdir ki, bestsellerdən imtina etmək axmaqlıq olardı. Bu səbəbdən də, alman şirkəti modelin səkkizinci nəslini rəsmi olaraq təqdim edib.

Səkkiznci nəsil VW Golf yeni dizayna malik olsa da, model 100% tanınandır: ümumi nisbətlər, yan şüşələrin forması, damın və arxa dayağın xarakterik forması qorunub-saxlanıb. Üçqapılı kuzov arxivə göndərilib - hetçbek yalnız beşqapılı kuzovla təklif ediləcəkdir. Yeni Golf modelinin qabarit uzunluğu 4284 mm, eni - 1789 mm, hündürlüyü - 1456 mm, təkər bazasının genişliyi isə 2636 mm təşkil edir. Beləliklə, yeni model sələfindən 26 mm uzun, 1 mm enli və 36 mm alçaqdır. Təkər bazasının genişliyi isə 16 mm artıb.

Son.az autograph.az-a istinadən bildirir ki, mühəndislər avtomobilin aerodinamikası üzərində ciddi işləyiblər - aerodinamik müqavimət əmsalı 0,29-dan 0,275-ə qədər azaldılıb. Bütün işıq texnikası standart olaraq işıqdiodlarından hazırlanıb. Matrisa fənərlərini isə əlavə ödənişlə sifariş etmək olar.

Əsas inqlab modelin salonunda baş verib. Yeni hetçbek standart olaraq iki displeyi olan "rəqəmsal kokpit" ilə təchiz edilir. Cihazlar paneli passiv 10,25-düymlük ekrandan ibarətdir, ön panelin mərkəzində isə, təchizatdan asılı olaraq, 8,25 və ya 10,25 düymlük  taçskrin yerləşir. Bu displeydə mediasistem, klimat-kontrol və başqa ikinci dərəcəli funksiyaların idarəetməsi cəmlənib. Əlavə ödənişlə proyeksiya displeyini də sifariş etmək olar. Ötürmələr qutusunun selektoru isə kiçik cojstikə çevrilib.

Ön paneldəki mövcud olan fiziki düymələr iki blokda cəmləşib. Sükandan sol tərəfdə yerləşən blok işığa və şüşlərin qızdırılmasına, mərkəzdəki blokda isə qəza işığının və tənzimləmələr menyusuna yeyin daxilolmanı təmin edən düymələr yerləşir. Hətta, açılan şüşə lyuk da tavandakı sensorlu slayder tərəfindən idarə edilir. Opsiyalar arasında üçzonalı iqlim sistemi və Harman/Kardon səs sistemi vardır.

Yeni multimedia daimi olaraq internetə girişə malikdir və səslə idarəetməni dəstəkləyir. Media axın audio və videosunu oxutmaq, məsafədən yenilənmək və yeni tətbiqlərin yüklənməsi funksiyalarına malikdir. Ən bahalı versiyalarda smartfondan girişi də təmin etmək olar: qadjetdən avtomobilin qapılarının açılması və mühərrikin işə salınması üçün istifadə etmək olar. Üstəlik, avtomobilin sahibi bütün funksiyaları dostunun smartfonuna göndərərək avtomobili onunla "bölüşə" bilər.

VW Golf standart olaraq avtomatik əyləcləmə sistemi ilə təchiz edilir. Əlavə ödənişlə 210 km/saat həddinə kimi avtomobili zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol sistemi sayılan IQ. Drive kompleksini də sifariş etmək olar.  Kompleks avtopilot sistemi olmasa da, sürücü əlini 15 saniyə müddətinə sükandan götürdüyündə, sistem həyacan siqnalı verərək avtomobili yol kənarında saxlayır. Bundan başqa, Golf standart olaraq 800 metrlik məsafədəki başqa avtomobillər və yol infrastrukturu ilə operativ məlumatı bölüşən Car2X sistemi ilə təchiz edilən ilk VW avtomobili olub.

Yeni model təkmilləşdirilmiş MQB platformasında inşa edilib və əvvəlki kimi DCC adaptiv şassisi ilə təchiz olunur. Adi Life və Style versiyaları ilə yanaşı, aqressiv kuzov dəsti və dekoru, həmçinin asqı və sükan sisteminin idman tənzimləmələri olan R Line versiyası da təklif edilir.