Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü


Digərləri 22 Noy 2019 23:24:00 335 0

Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü

Bərdə rayonunda 26 yaşlı oğlanın bədən temperaturu normadan artıq qalxdığından ölüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kənd sakini, 1993-ci il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəfil 42 dərəcəyə yüksəlib.

P. Məmmədov yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.