Şəkər atasına görə sabah dəfn olunacaq FOTO


Digərləri 22 Noy 2019 23:26:00 427 0

Şəkər atasına görə sabah dəfn olunacaq  FOTO

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonunda aparılsa da, dəfn mərasimi sabah baş tutacaq.

Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan gəlməsini gözləyirlər.

Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olmuş Şəkər nişanlı idi. Xəstəxanaya gələnə qədər nişanlısı onun ölümündən xəbərsiz olub. O, Şəkərin öldüyünü xəstəxanada öyrənib.