Brembo elektrokarlar üçün səssiz əyləc mexanizmləri hazırlayacaq FOTO


Digərləri 22 Noy 2019 23:01:00 276 0

Brembo elektrokarlar üçün səssiz əyləc mexanizmləri hazırlayacaq  FOTO

Brembo mühəndisləri bir müddət sonra hidravlik əyləc mexanizmlərindən imtina etməyi planlaşdırırlar. Əyləc mayesi ilə doldurulan ənənəvi magistrallari elektron sistemlər əvəzləyəcək, əyləcləmə isə servoötürücülərin hesabına həyata keçiriləcəkdir. Brake-by-wire adlandırılmış bənzər sistem 2014-cü ildən Formula 1-də tətbiq olunur.

Əyləclərin səmərəliliyinin artırılması məsələsi mühəndislər qaşısında duran ən vacib məsələdir, çünki əyləc istehsalçıları kinetik enerjinin rekuperasiyası sistemlərinin istehsalçıları tərəfindən ciddi rəqabətlə üzləşirlər. Elektrik mühərrikinin generator funksiyasını yerinə yetirməsi zamanı nəqliyyat vasitəsi kifayət qədər yavaşlayır ki, bu da bir pedaldan istifadə etməyə imkan verir.

Son.az autograph.az-a istinadən bildirir ki, Brembo şirkətinin rəhbəri Matteo Tiraboski rekuperasiya sisteminin adi əyləcləri əvəz edə bilməyəcəyindən əmin olduğunu söyləyib. Onun fikrincə, təcili əyləcləmə və ya yüksəkməhsuldarlıqlı avtomobillərin aktiv idarə edilməsi zamanı adi əyləc pedalından mütləq istifadə olunacaqdır.