Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir?


Digərləri 22 Noy 2019 22:50:00 382 0

Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir?

Internetdən çox istifadə edən birisinizsə mütləq təhlükələrdən qorunmağa ehtiyacınız var. Bunun üçün bir çox istifadəçi Antiviruslar istifadə edir. Lakin təhlükəsizlik bazarında bir çox Antivirus markası və şirkəti olduğuna görə bəzən hansı daha çox istifadə edilir ? sualına cavab tapmaq mümkün olmur. 

Son.az technote.az-a istinadən bildirir ki, OPSWAT adında kiber təhlükəsizlik şirkəti Windows istifadəçilərinin hansı antivirusları işlətdiyini öyrənmək üçün bir sıra testlər və sorğular apardı. Hər nə qədər Windows ilə birliktə Defender təhlükəsizlik proqramı gəlsə də istifadəçilər daha güclü və yaxşı antivirus proqramlarına üz tuturlar. Sorğu və testlərin nəticəsində aşağıda gördüyünüz qrafikə əsasən qalib Norton antivirusu olur.