Nissan Leaf tam ötürməyə sahib olub FOTO


Digərləri 22 Noy 2019 22:30:00 289 0

Nissan Leaf tam ötürməyə sahib olub  FOTO

Nissan şirkəti iki elektrik mühərriki ilə təchiz edilmiş Leaf e+ prototipini nümayiş etdirib. Mühərriklərdən biri ön oxda, digəri isə arxa oxda yerləşdirilib ki, bu yolla elektrokar tam ötürmə ilə təmin edilib. Nissan şirkəti bu texnologiyanı yeni nəsil elektromobillərdə tətbiq edəcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, elektromühərriklərin ümumi hasilatı 308 at qüvvəsi və 680 Nm təşkil edir. Sistem hər bir təkərin əyləclənməsini idarə etməyə və bu yolla şin tərəfindən yaradılan dönmə anını yüksəltməyə imkan verir. Bundan başqa,  rekuperativ əyləcləmə təkcə ön təkərlərlə deyil, həm də arxa təkərlər ilə də həyata keçirilir. Sürətlənmə zamanı isə  sistem optimal rejimdə işləyərək firlanma anının itikisinin qarşısını alır.

Test avtomobili üçün cari nəsil Leaf modelinin kuzovunun istifadə edilməsinə baxmayaraq, avtomobilin dizaynında bir sıra dəyişikliklər baş verib. Məsələn, Leaf genişləndirilmiş təkər tağlarına, ralli disklərinə sahib olub. Salonda isə ön panelinin mərkəzində 12,3-düymlük ekran peyda olub ki, bu ekranda avtomobilin, o cümlədən tam ötürmə sisteminin işi barədə məlumat əks etdirilir.