Xərçəngin əsas səbəblərindən biri xroniki iltihabdır


Digərləri 22 Noy 2019 22:05:00 299 0

Xərçəngin əsas səbəblərindən biri xroniki iltihabdır

Alimlər xroniki iltihabın bədxassəli şişlərin inkişafının əsas səbəblərindən biri olduğunu müəyyən ediblər.

Son.az Sputnik-ə istinadən xəbər verir ki, MedicalXpress-in məlumatına görə, ABŞ-ın Şarlott şəhərindəki Şimali Karolina Universitetinin mütəxəssisləri xərçəngə səbəb olan 10 hadisədən 2-sində infeksiya, virus və ya bakteriya olduğunu aşkar edib. Bakteriyaların MUC1 glikoprotein ilə qarşılıqlı təsiri xəstəliyə səbəb olur. Glikoprotein orqanlarda epitel hüceyrələrinin apikal səthini əhatə edir.

Mütəxəssislərin fikrincə, glikoprotein xroniki iltihabda patogen proseslərə səbəb ola bilər.