Xerox HPni almaq üçün 27 milyard dollardan çox təklif etməyə hazırlaşır


Digərləri 22 Noy 2019 21:45:00 363 0

Xerox HPni almaq üçün 27 milyard dollardan çox təklif etməyə hazırlaşır

Xerox, dünyanın ən böyük printer və kompüter istehsalçılarından biri olan HP şirkətini almaq üçün işə başladı. Şirkət bu alış üçün HP-yə 27 milyard dollardan çox pul ödəməyi planlaşdırır.

Son.az techland.az-a istinadən bildirir ki, Wall Street Jounal-ın paylaşdığı məlumata görə, Xerox şirkətinin idarə heyəti ötən gün etdikləri iclasdan sonra təklifi dəyərləndirib, amma bunun nə qədər uğurlu olub olmayacağı bilinmir. Qeyd edək ki, Connecticut-da yerləşən Xerox böyük bir bankdan maliyyələşmək üçün qeyri-rəsmi bir öhdəlik götürüb. HP-nin nümayəndəsi Reuters-ə verdiyi açıqlamada şayiələr və ya fərziyyələr barədə heç bir açıqlama vermədiklərini söyləyib. Xerox-dan isə mövzu ilə bağlı heç bir açıqlama gəlməyib.

Bazar ertəsi günü Xerox etdiyi açıqlamada, Fujifilm Holdings ilə ortaq təşəbbüsü Fuji Xerox-dakı 25 faizlik hissəsini 2,3 milyard dollara satacağını bildirib. Son günlərdə printer sənayesində çətinliklər yaşayan HP və ilin üçüncü rübündə printer fəaliyyətindən əldə etdiyi gəlirin bu il 5 faiz azaldığını açıqlayıb. HP, həmçinin oktyabr ayında xərclərin azaldılmasına yönəlmiş yenidənqurma proqramı çərçivəsində 9000 işçini ixtisara salmağı planlaşdırdığını bildirib.