Təyyarələrin arxasında buraxdığı ağ iz nədir?


Digərləri 22 Noy 2019 21:40:00 267 0

Təyyarələrin arxasında buraxdığı ağ iz nədir?

Hərhalda hamımız səmada ağ bir iz buraxaraq təyyarələr görüb, bunun nə mənanı verdiyini maraqlanmışıq.

Son.az deyerler.org-a istinadən bildirir ki, təyyarələr 26 min fit (7,92 km) ya da daha yüksəkdən uçduğu zaman, bu yüksəklikdə hava çox soyuqdur. Təyyarə mühərriklərindən çıxan isti hava , bu soyuqla birləşəndə sıxlaşaraq ağ bir iz buraxır. Əslində avtomobildən çıxan buxar da bənzər şəkildə sıxlaşaraq, ağ bir tüstü çıxara bilər. Təyyarələrdən çıxan bu buxara quyruq izi ya da digər bir texniki dildə kontrail (condensation trail-yoğunlaşma izi) də deyilir.

25-26 min fit yüksəyə çıxıldığında hava -40° C hətta -50° C dərəcəyə qədər soyuya bilər. Məhz bu vəziyyətdə çıxan isti qaz, su buxarını kiçik su damlacıqlarına çevirə bilər. Hətta bu su buxarları donaraq, kiçik buz kristallarına çevrilir, ta ki, sonunda buxarlaşana qədər. Bundan ötəri, su buxarı və buz kristalları səbəbiylə, təyyarələrin arxalarında bulud bənzəri ağ izlər buraxır.