Lahorun on milərlə sakini tənəffüs xəstəliyi riski qarşısındadır


Dünya 22 Noy 2019 21:28:00 257 0

Lahorun on milərlə sakini tənəffüs xəstəliyi riski qarşısındadır

Beynəlxalq insan haqları qrupunun bildirdiyinə görə, Pakistanın şərqi Lahor şəhərinin üzərini alan dumanın havanın keyfiyyətini pozduğuna görə on milərlə insan tənəffüs xəstəliyi riski qarşısındadır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Amnesty International həftə sonu 10 milyondan çox sakini olan Lahor şəhərini bürüyən duman səbəbilə "təcili tədbirlərin" görülməsinə çağırıb.

Amnesty bildirib ki, Pakistan rəsmilərinin tüstünün qarşının alınması üçün lazımı addımlar atmaması insan haqları ilə bağlı ciddi narahatlıqlar doğurur.

"Təhlükəli hava şəraiti insanların sağlamlıq haqlarını risk altına qoyur. Məsələ o qədər ciddidir ki, biz dünya boyu üzvlərimizi Pakistan hökumətindən böhranın əhəmiyyətini azaltmağa son qoymağını və insanların sağlamlıqları və həyatlarını qorumaq üçün təcili tədbirlər görməsini tələb etməyə çağırırıq" - deyə, Amnesty International-ın Cənubi Asiya Kampaniyasından Rimmel Mohidin bildirib.