İraqda daha 3 etirazçı öldürülüb


Dünya 22 Noy 2019 21:29:00 348 0

İraqda daha 3 etirazçı öldürülüb

İraqın təhlükəsizlik qüvvələri cümə günü Bəsrə şəhərtindəki əsas limanı bağlayan etirazçılara qarşı zorakılıq həyata keçirərkən 3 nəfər ölüb.

Təhlükəsizlik qüvvələrinin Bağdadın mərkəzi körpüsündə etirazçılara atəş açıb. İki nəfər güllə yarasından, bir nəfər isə qaz kanistri ilə başından aldığı xəsarət səsəbindən ölüb, azı 27 nəfər yaralanıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadın iki əsas körpüsü yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz və kanisterlərindən isitfadə edib, nəticədə 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda, ertirazçıların bazar ertəsindən bəri bağladığı Ümm-Qəsr limanına gedən yolu açıb. Lakin limandan alınan məlumata görə, gediş-gəliş bərpa olunmayıb.