Motorola RAZR'ın Avropa bazarı üçün qiyməti məlum oldu


Digərləri 22 Noy 2019 21:15:00 351 0

Motorola RAZR'ın Avropa bazarı üçün qiyməti məlum oldu

Keçən həftə təqdim edilmiş qatlana bilən yeni Motorola RAZR modeli ilk öncə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satış üçün nəzərdə tutulmuşdu. İndi isə smartfonun digər regionlarda satışa çıxması və Avropa bazarındakı qiyməti təqdim edilib. Bu barədə GSMarena saytı xəbər verib. Motorola RAZR modeli ABŞ bazarında gələn ilin yanvar ayında 1500$ qiymətində satışa çıxacaq.

Son.az technote.az-a istinadən bildirir ki, 24 yanvar tarixindən başlayaraq smartfonu həmçinin Avropada da əldə etmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, smartfon ilk öncə İsveçdə satışa çıxacaq. Lakin Avropa bazarında hansısa mobil operator ilə müqavilə olmadan smartfon 1680 avro (1860$) qiymətinə başa gələcək. Digər ölkələrdə qiymətlər fərqlənə bilər.