Hindistan hökuməti xarici şirkətləri müəssisələr açmaq üçün ölkəsinə dəvət edib


İqtisadiyyat 22 Noy 2019 20:28:54 291 0

Hindistan hökuməti xarici şirkətləri müəssisələr açmaq üçün ölkəsinə dəvət edib

Hindistan hökuməti aralarında məşhur “Tesla” şirkətinin də olduğu 320-dən çox xarici şirkəti ölkədə müəssisələrini açmağa dəvət edib.

Hindistan hökuməti aralarında məşhur “Tesla” şirkətinin də olduğu 320-dən çox xarici şirkəti ölkədə müəssisələrini açmağa dəvət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, elektron cihazlar, avtomobil və başqageniş çeşiddə məhsul istehsalçılarına müraciət edən hökumət ABŞ-Çin ticarət qarşıdurmasını fürsət bilərək əcnəbi sahibkarları Hindistana cəlb etməyi, istehsal sahələrini artırmağı hədəfləyir.

Qeyd edək ki,ABŞ-la Çin arasındailyarımdan artıqdır davam edənticarət ixtilafı zamanı tərəflərin qarşılıqlı olaraq yüz milyonlarla dollar həcmində mallara tətbiq etdiyi əngəlləyici rüsumlar ucbatından bir çox şirkətlər öz fəaliyyətini Çindən qonşu ölkələrə keçirməyi üstün tutdular. Bu hadisələrdən faydalanmağı düşünən Hindistan tərəfi də ölkəyə daha çoxxarici sərmayə gətirmək, ixracatı artırmaq üçün vergi dərəcələrini azaltmaq yolunu tutaraq əcnəbi şirkətlərə müvafiq infrastruktur olduğu ərazilər də verməyi nəzərdə tutur.

Bununla daNarendra Modihökuməti 2025-ci ilədək ölkədəki ÜDM-i ikiqat artıraraq 5 trilyon dollara çatdıracağını düşünür.