Bu da Honda Jazz və Jazz Crossport FOTO


Digərləri 22 Noy 2019 21:01:00 341 0

Bu da Honda Jazz və Jazz Crossport  FOTO

Honda şirkəti Tokyoda keçirilən avtosalonda gələn il Avropada satışa çıxarılacaq Jazz hetçbekini nümayiş etdirib. Honda Jazz yapon markasının avropa model xəttində e:HEV emblemini daşıyan ilk avtomobili olacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni Honda Jazz e:HEV modeli tərkibinə 1,5-litrlik benzin mühərriki və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Buna baxmayaraq, yapon istehsalçısı aqreqatın güc göstəricilərini açıqlamayıb. Qeyd etmək lazımdır ki, bu Jazz modelinin Avropada təklif edilən yeganə modifikasiyası olacaqdır.

Adi hetçbeklə yanaşı satışa modelin "yolsuzluq" versiyası olan Jazz Crosstar çıxacaqdır. Bu model artırılmış klirensə, radiator barmaqlığının başqa tərtibatına, plastikdən hazırlanmış müdafiə qurşağına və damda quraşdırılan relinqlərə sahibdir.