Afrika Birliyindən İngiltərəyə tələb:


Dünya 22 Noy 2019 20:44:00 253 0

Afrika Birliyindən İngiltərəyə tələb:

İngiltərə Mavrikiyə aid olan Çaqos adalarındakı müstəmləkə rejiminə son qoymalı və bölgədən çəkilməlidir.

Son.az Axar.az-a istinadən bildirir ki, bunu Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd deyib. O, İngiltərənin BMT-nin qətnamələrini pozduğunu deyərək, bölgədəki müstəmləkə rejimindən narahat olduğunu bildirib.

Bölgənin müstəqilliyinə qovuşması üçün Mavrikiyə dəstək verəcəyini deyən təşkilat sədri İngiltərəyə çəkilməsi üçün verilən 6 aylıq müddətin bu gün başa çatdığını söyləyib.