“Dedovşina”ya görə səkkiz silahdaşını qətlə yetirən əsgər pulsuz müdafiə olunacaq


Dünya 22 Noy 2019 20:14:00 382 0

“Dedovşina”ya görə səkkiz silahdaşını qətlə yetirən əsgər pulsuz müdafiə olunacaq

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə səkkiz hərbçi yoldaşını qətlə yetirən əsgər Ramil Şamsutdinovu müsəlman icmasından olan vəkillər müdafiə edəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə onun atası məlumat verib.

"Ötən gün Moskvada müsəlman icmalarını təmsil edən vəkillərlə görüşdüm. Onlar heç bir ödəniş edilmədən oğlumun müdafiəsində iştirak etmək istədiklərini bildirdilər", - məlumatda deyilir.