Köçəryanın həbsini kim sifariş verib?


Dünya 22 Noy 2019 19:54:00 312 0

Köçəryanın həbsini kim sifariş verib?

"Amerikalı milyarder Corc Sorosun fondunun bir qolu olan Açıq Cəmiyyət İnstitutunun İrəvandakı ofisi Ermənistanın təhlükəsizliyinə təhdid yaradır".

Son.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan söyləyib.

Keçmiş direktorun sözlərinə görə, o, Soros ofisinin fəaliyyətində təhlükə aşkar edib, lakin o bunun nədən ibarət olduğunu deməyib.

Vanetsyan Ermənistanda xaricdən maliyyələşən siyasi qüvvələrin olduğunu da təsdiq edib, amma hansı siyasi qüvvə və ya qüvvələrdən bəhs etdiyini açıqlamayıb. O, yalnız bunu bildirib ki, həmin siyasi partiyalar Sorosun planlarını həyata keçirmək üçün aktiv fəaliyyət göstərir. Habelə bu qüvvələrin hökumətin və ya müxalifətin düşərgəsində olub-olmadığı sualına cavab verməyib.