Ölünü diriltdilər Elmdə inqilab


Digərləri 22 Noy 2019 19:24:00 266 0

Ölünü diriltdilər  Elmdə inqilab

Amerikalı həkimlər tibb tarixində ilk dəfə olaraq insanı anabioz halına sala biliblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "New Scientist" jurnalında məqalə dərc olunub.

Prosedur təqribən belə olur: Bədəndə natrium-xloridlə (məhlulun temperaturu praktiki olaraq sıfıra bərabər olur) bütün qan dəyişdirilir, nəticədə orqanizmin temperaturu çox tez müddətdə +10 - 15 dərəcə selsiyə qədər soyudulur.

Beləliklə, insanın beyin fəaliyyəti demək olar ki, tamamilə dayanır. Bundan sonra pasient soyutma sistemindən ayrılır və lazımi prosedurlar üçün əməliyyat masasına gətirilir.

Anabioz halına salınan andan cərrahların bədəndəki qan itkisinin səbəblərini aradan qaldırmaq üçün 2 saatı olur. Əməliyyatdan sonra həkimlər bədənin normal temperaturunu və ürəyin işini bərpa edirlər.