Milyarderoliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı


Dünya 22 Noy 2019 19:29:00 333 0

Milyarderoliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı

Rusiyalı oliqarx-milyarder Vyaçeslav Doronin Moskva ətrafındakı Barvixada (orada həm də prezident Putinin iqamətgahı yerləşir) "kosmik" üslubda tikdirdiyi malikanəni satışa çıxarıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, mlyarder həmin malikanəni Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli arxitektor Zaha Hadidin (hazırda o dünyadadır) layihəsi əsasında tikdirmişdi. Bu, Zaha Hadidin layihələndirdiyi yeganə özəl yaşayış obyektidir.

Doronin bu malikanəni qaradərili britaniyalı top-model və aktrisa Naomi Kempbell üçün toy hədiyyəsi kimi tikdirmişdi. Lakin qaradərili "gözəlçə" hələ rəsmi nigahdan əvvəl rusiyalı oliqarxla ayrılıb və nəticədə Doroninə onunla "kosmik" malikanədə yaşamaq qismət olmayıb.

Malikanə dörd mərtəbəlidir, 20 metrlik hovuzu, spa-kompleksi, idman zalı, yapon bağı, gecə klubu və s. var.