Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”


Dünya 22 Noy 2019 18:57:00 321 0

Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.