Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur


Digərləri 22 Noy 2019 18:50:00 286 0

Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur

İqtisadiyyat Nazirliyi ekoloji cəhətdən təmiz şəhər infrastrukturu investisiyalarının birgə maliyyələşdirilməsi üçün 2 milyon dollar məbləğində vəsaitin ayrılmasını öhdəsinə götürüb.

Bakı. İqtisadiyyat Nazirliyi ekoloji cəhətdən təmiz şəhər infrastrukturu investisiyalarının birgə maliyyələşdirilməsi üçün 2 milyon dollar məbləğində vəsaitin ayrılmasını öhdəsinə götürüb. Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) Trend-ə verilən məlumata görə, bu gün AYİB-in Londonda keçirdiyi Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Hahn qarşısında AYİB-in prezidenti Suma Çakrabarti ilə Azərbaycanın baş naziri Əli Əsədov arasında vəsaitin ayrılması üçün müvafiq saziş imzalanıb. Azərbaycanda yaşıl şəhər infrastrukturu investisiyaları ölkənin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) təşəbbüsündə iştirakı sayəsində lazımı irəliləyişə nail olmaq üçün edilir. Azərbaycanın 2 milyon dollar məbləğində ilk E5P töhfəsi onu göstərir ki, indi ölkə E5P-nin fəaliyyət göstərdiyi Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus kimi ölkələrə qoşularaq, şəhər infrastrukturu sektorunda enerji səmərəliliyi və ətraf mühit üzrə layihələr üçün qrant maliyyələşməsi almağa hüquqlu olacaq. E5P 2009-cu ildə Avropa İttifaqına (Aİ) İsveçin başçılıq etdiyi dövrdə yaradılmış 206 milyon AVRO-luq multidonor fondudur. E5P layihələri təkcə enerjiyə qənaət etmək və ətraf mühiti qorumaq üçün çalışmır, həm də şəhər bələdiyyələri tərəfindən edilən səmərəli enerji təşəbbüsləri üçün effektiv investisiyalara dəstək təmin edən islahatlara kömək etmək məqsədilə siyasətlər barədə dialoqu diqqət mərkəzində saxlayır.