Beynəlxalq Bakı Tanqo Festivalının proqramı təqdim olunub


Kriminal 22 Noy 2019 18:34:00 378 0

Beynəlxalq Bakı Tanqo Festivalının proqramı təqdim olunub

Argentinanın Azərbaycandakı Səfirliyi və "United Cultures"-in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi və Nizami Restaurant&Lounge ilə birgə  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku, Macrobiosis Tango School-nun dəstəyi ilə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr - 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski & Maryam Rossa (Gürcüstan) və Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edəcəklər.

Festivalda həmçinin musiqiçi Viktor Hüqo Villena və Lautaro Tisseranı da görə biləcəksiniz. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.

Festivalın ən vacib tədbiri bütün beynəlxalq sənətçilərin səhnədə ifa və rəqs edəcəyi Nizami Kinoteatrının Böyük Zalında şənbə günü keçiriləcək Qala Şoudur.